Azerbaijan N1 Job Site

DİQQƏT! Bu vakansiya artıq bir neçə gündür ki əlavə edilib!

Filiallarla iş üzrə baş mütəxəssis

"Bank of Azerbaijan" ASC (Bakı ) Thursday, January 28th, 2010

İş Haqqında Ətraflı:

Tələblər

1. Yaş 27-45

2. İqtisadiyyat, biznesin idarəedilməsi, maliyyə menecmenti və ya müvafiq sahələrdən birində ali və ya peşəkar təhsilə malik olmalıdır;

3. 5 il bu sahədə iş stajı

4. Biznes və planlama, marketinq və bazar araşdırması, analitik tədqiqat aparma, işçi heyətinin idarə edilməsi, maliyyə hesabatlarının tərtib edilməsi, layihələrin idarəedilməsi üzrə bacarıq və təcrübələrə malik olmalıdır;

5. Azərbaycan dilini əla bilməli, ingilis və/və ya rus dillərində normal yazı və danışıq bacarıqları olmalıdır;

6. Kompyuterdə işləmək bacarığı (MS Office)

7. Analitik düşünmə, düzgün dəyərləndirmə və ünsiyyət qurma qabiliyyəti

8. Təşkilatçılıq və peşəkarlıq prinsiplərinə uyğun olaraq həvalə edilmiş sahənin idarə edilməsi

9. Rəhbərlik etmək və kollektivdə işləmək bacarığı

Öhdəlikləri

1. Filialların işinə nəzarət

2. Filialın səmərəli fəaliyyətinin təmin edilməsi üçün mütəmadi olaraq bank bazarını öyrənmək

3. Zərurət yarandıqda filial direktorunu əvəz etmək

4. Bank xidmət və məhsulları barədə ətraflı məlumata malik olmaq

5. Filiallarda olan vəziyyətə dair rəhbərlik üçün hesabatların hazırlanması

6. Filialların işi ilə bağlı təkliflər vermək

Maaş

1500-3000 AZN

Necə müraciət etməli:

• Sənədlər aşağıdakı elektron poçt ünvanlarında qəbul edilir:
E-poçt: hr@bank.az

1. CV qəbulu 08 Fevral 2010-ci il tarixinədək davam edəcəkdir.

2. Yalnız müsabiqəyə dəvət olunan şəxslərlə əlaqə saxlanılacaq.

Kataloq